Xanım namizəd xalqın imdadına yetişir...

Hazırda oxunan: Xanım namizəd xalqın imdadına yetişir...

102958
Zaman məhdudiyyəti bilmədən çalışan xanım namizəd xalqın imdadına yetişir....

Xətai 33- saylı Birinci Seçki Dairəsindən 8 rəqabət aparan namizədlər içindən öz aktivliyi və seçicilərlə çoxsaylı görüşləri ilə seçilən yeganə xanım namizəd Ülkər Musazadə bütün seçicilər tərəfindən rəğbətlə qarşılanır. Xalqın qucaq açdığı bir namizədin bu qədər sevildiyini görmək, bəlkə də hər bir vətəndaşın baş ucağılı olsun gərək. 
Ülkər xanım zaman məhdudiyyəti bilmədən, hər bir seçicisi ilə ayrı-ayrı ilgilənir. Ötən gün Məzahir Rüstəmov ünvanındakı yataqxanada məskunlaşan bir ailənin sadə bir zəngi ilə axşam saat 9-10 arası həmin ünvana Ülkər Musazadə yollanmağa incinmədi.  Ã–z seçicisinin qayğısını hər an çəkməyə hazır olan bu gənc xanım namizəd seçicinin problemini dinləməyi sabaha qoymadan, elə həmin an getməyə qərar verdi. 
Bu özü özlüyündə bir xanımın insanlara olan mərhəməti, ürəyinin yanmasıdır ki, bu gün Xətai sakinləri xüsusi ilə bu nəvazişə və qayğıya gərək duyur. 
Əməliyyatdan sonra həddindən artıq şişmə və kökəlmə müşahidə olunan 45 yaşlı Hicran xanımın dərdinə şərik olan namizəd sözü gedən xanımın acınacaqlı yaşayışı ilə yaxından tanış oldu. 
Bu günə kimi hər hansısa bir səlahiyyətli şıəxsdən bu qədər ilgi və qayğı görmədiyini dilə gətirərək, dəflərlə Ülkər xanıma təşəkkürünü bildirirdi: “ ülkər xanım, inanın bu mənə yuxu kimi gəlir. Biz buranın sakinləri, belə qayğı heç zaman görməmişik. Mən evdə deyəndəki indi millət vəkilliyinə namizəd xanım bizə gəlir, heç kəs mənə inanmadı. Dedilər yuxu görmüsən. Çox sagolun ki, siz gəlib axşam vaxtı mənim dərdimlə, sərimlə maraqlanırsınız. Mən ailəliyəm və üç qızım var. bu iki otaqlı yataqxanada qalırıq. Evlərin nəmişliyindən, min bir xəstəlik tapmışam. Paltarlar kif bağlayır. Divarlar göyərir, göbələk belə divarda yetişir...İnanın mənə, mən ömürlük əlillik almış şəxsəm. Bu cür evdə, şəraitdə necə yaşaya bilərəm axı? Bir tərəfdən də, saymaqla bitməyən xəstəliklərin hamısı məndə cəmləşib. Qrija, böyrək, zob, diabet, öd xəstəlikləri ilə yanaşı, zob əməliyyatından sonra həddindən ziyadə şişmə və kökəlmə müşahidə edilir ki, heç bir həkim bunun qarşısını ala bilmir. Ailədə heç kəs işləmir. 5 nəfər ailə üvü cəmi 115 manat aldığım əlliliyə görə təqaüdə yaşayırıq. Məcburiyyət qarşısında çörək köşkündə çörək satıram. Günə 4 manat məvacib alıram. Kökəlmədən dolayı gəzmə imkanım məhdudlaşıb. Qızlarım səhər dərsə gedəndə qoluma girib, bir təhər məni aparıb o çörək köşkündə oturdurlar. Axşam qızlarım dərsdən gəlib məni ö çörək köşkünbdə əvəz edirlər və məni yenə min bir zülmlə evə daşıya bilirlər. Heç olmasa mənim yoldaşımın mütəmadi bir işlə təmin olunmasına köməklik edin”x9d. 
Təsəvvür edin ki, Hicran xanımın bu təsirli gündəlik həyat tərzindən danışdıqca, namizəd onunla bərabər kövrəlmişdi. Ülkər xanım, məsələ ilə bağlı öz qeydlərini götürüb, Hicran xanımın qızının gətidiyi çay sürəsinə qonaq olduq. 
Seçicilərinin dərdinə şərik olan Ülkər xanım Musazadə bu gün Xətai rayon Birinci Seçki Dairəi üzrə namizədlər arasında seçicilərin favorit namizədi hesab edilir. 
O üzdən də, Ülkər Musazadənin qalibiyyəti Xətai rayon 33-in seçicilərinin qalibiyyəti deməkdir!
Xanım namizəd xalqın imdadına yetişir...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin