Məhəbbət işində kişi ilə qadınların FƏRQİ və SƏHVİ – Psixoloqdan XƏYANƏT detalları

Hazırda oxunan: Məhəbbət işində kişi ilə qadınların FƏRQİ və SƏHVİ – Psixoloqdan XƏYANƏT detalları

102950

“Sevgi yox, eşq yaşayan insanlar gec-tez xəyanətə məhkumdur”. 

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova söyləyib. Əlavə edib ki, sevgi illərlə yaranır, formalaşır və heç zaman ölmür:

“Eşq isə bir anda alovlanır, ehtirasa dönüşür və qısa zaman sonra sönür. Eşq sönəndə isə xəyanət başlayır. Ona görə də xəyanətlərin bir çox səbəbləri var.

Birincisi, kişi aşiq olduğu qadına xəyanət edə bilər. Çünki, evlilikdən bir müddət sonra onların arasındakı ehtiras bitir. Kişi yenidən həyəcan axtarışına çıxır. Və axtardığı həyacanı da başqa bir xanımla yaşayır. Bəzi kişilər öz xanımlarını vizual görünüşünə görə seçib evlənir. Lakin, intim münasibətdə kişi istədiyini ondan ala bilmir və xəyanət edir. Ona görə deyirik ki, kişilər sevə-sevə də xəyanət edə bilir. 

İkincisi, qadınlar ya sevgi görmədiklərinə, ya da təbii fizoloji ehtiyaclarını istədikləri kimi ödənilmədiyi üçün xəyanət edirlər. Şox təəssüf ki, kişilərimizin çoxu ikili münasibətdə xanımının fizioloji istəklərini çox zaman nəzərə almır. Ancaq özünü düşünür. Bunu təkrar-təkrar yaşayan qadın da məcburən fizioloji tələbatını ödəmək üçün kənara baxır. Bir şey var ki, qadın heç zaman sevə-sevə xəyanət etmir.

Üçüncüsü, qadınların çoxu sevgi yaşamaq üçün deyil, yaxşı və firavan yaşamaq üçün ərə gedirlər. Bu seçimdə isə qarşıdakı kişinin yaşı, fizioloji görünüşü az əhəmiyyət kəsb edir. Təbii ki, var-dövlətə görə qurulan ailədə sevgi olmur, korporativ maraqlar olur. Belə vəziyyətdə isə xəyanət qaçılmazdır. Təsadüfi deyil ki, indi bəzi müğənnilər hansısa “həci”ni əri kimi təqdim edəndə hamı ən azından ona gülür. Lağ eliyənlər də çox olur. Çünki, hamı bilir ki, onları sevgi yox, konkret maraqlar birləşdirir”. 

Gülnar Orucova bəzi müşahidələrini də bizimlə bölüşdü:

“Müşahidələrimiz göstərir ki, istənilən kişi həyatı boyu ən azı bir dəfə də olsa xanımına xəyanət edir. Lakin, qadınların böyük hissəsi ömrü boyu ərinə sədaqətli qala bilir. Çünki, qadınlar sevgisi üçün çox şeyi qurban verə bilir. Kişilərdəsə bu xüsusiyyət yox dərəcəsindədir”.

Psixoloq deyir ki, amma nə yazıq ki, sevmək və sevilmək heç də həmişə xoşbəxtlik gətirmir:

“Sevən insan qarşı tərəfin həm maddi, həm mənəvi, həm də ki, fizioloji tələblərini ödəməlidir. İndiki zamanda bu 3 tələbi eyni vaxtda ödəyən çox az kişi və qadın var. Ona görə də xəyanət istənilən evin kəndarındadır. Əsas odur ki, sevdiyinizi qoruya biləsiniz. Təkcə başqalarından deyil, həm də özünüzdən, öz xəyanətinizdən”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin