Flora Qasımova seçiciləri ilə silsilə görüşlər keçirib ”“ FOTOLAR

Hazırda oxunan: Flora Qasımova seçiciləri ilə silsilə görüşlər keçirib ”“ FOTOLAR

102926
122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd Flora Qasımova seçiciləri ilə silsilə görüşlər keçirib.

Flora Qasımova Bərdə və Ağcabədi rayonlarında, Mingəçevir və Gəncə şəhərində, Goranboy rayonunda, Aşağı Ağcakənd qəsəbəsində, Bakı şəhəri Nizami rayonunda, Ramana və Pirşağı qəsəbələrində seçiciləri ilə görüşüb, onların problemlərini dinləyib.

2010-2015-ci illər ərzində istər qanunvericilik sahəsində, istərsə də seçicilərlə iş istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan F.Qasımova növbəti dəfə deputat seçiləcəyi təqdirdə seçki platformasında nəzərdə tutulan məsələləri məcburi köçkünlərin diqqətinə çatdırıb.xa0

Diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları ərazidə onları narahat edən məsələləri deputatlığa namizədin nəzərinə çatdırmaqla bir sıra təkliflər irəli sürüblər.

F.Qasımova da öz növbəsində verilən təkliflərin dəyərləndiriləcəyini və onları narahat edən məsələlərin həlli üçün müvafiq qurumlar ilə danışıqlar aparacağını da vurğulayıb.

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin