Vətən müharibəsinin 3 qazisinə Milli Məclisdə iş verildi - FOTO

Hazırda oxunan: Vətən müharibəsinin 3 qazisinə Milli Məclisdə iş verildi - FOTO

102898

Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qazilər - Nicat İlqar oğlu Abdurrahmanov, İzzət Zakir oğlu Balacayev və Bəşir Nəbi oğlu Hüseynzadə and içiblər. Milli Məclisin sədri Sahibə Qafarova onlara xidməti vəsiqələrini təqdim edərək dövlət qulluğunda gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məlumata görə, sonra parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi”nin açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova qırmızı lenti kəsərək “Zəfər Guşəsi”nin açılışını edib.

“Zəfər Guşəsi”nin yuxarı hissəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi öz əksini tapıb. Mərkəzdə Vətən müharibəsində qazanılmış Zəfər münasibəti ilə Milli Məclisdə təsis olunmuş orden və medallar sərgilənib.
Guşənin hər iki tərəfində müharibədə şəhid olmuş Vətən övladlarının adları həkk olunub, işğal dövründə dağıdılmış binalar, azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq və bərpa işləri fotoşəkillərdə öz əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin