Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı”x9d İctimai Birliyinin “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili”x9d adlı layihəsinin son hesabatına dair tədbir keçirilib.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına həyata keçirilib. Tədbirdə çıxış edən İB-nin sədri Faiq İsmayılov layihənin məqsədinin Ermənistanın işğalı altında olan ərazilərimizdəki tarixi və mədəniyyət abidələrinin dağıdılmasının səbəblərinin indiyədək beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəflərini araşdırmaq və erməni vandalizmi ilə bağlı beynəlxalq səviyyədə müzakirələr təşkil etməklə dünya ictimaiyyətində bu haqda real təsəvvür yaratmaqdan ibarətət olduğunu diqqətə çatdırdı: “Layihə xalqımızın ümummilli probleminə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərindəki tarixi və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının tarixini, məsələnin həlli istiqamətində danışıqlar prosesinin gedişini və beynəlxalq birliyin bu məsələdə tutduğu mövqeyin nə dərəcədə ədalətli olduğunun araşdırır”x9d. Ümumilikdə yüz mindən artıq maddi-mədəniyyət abidələrimizin erməni vəhşiliyinin qurbanına çevrildiyini dilə gətirən Faiq İsmayılov tarixi və mədəniyyət abidələrimizin bərpası və geri qaytarılması istiqamətində bundan sonra da dünyanın aparıcı dövlətlərində öz təbliğat kampaniyasını davam etdirəcəklərini dilə gətirdi: “Erməni təbliğat maşını bu gün işğal altında saxladığı Azərbaycan ərazilərindəki bütün xristianlığaqədər və xristianlıq dövrü abidələrini erməni kilsəsi adlandırmaqla çox ciddi tarixi saxtakarlığa yol verərək beynəlxalq ictimai rəydə çaşqınlıq yaradırlar”x9d. F. İsmayılov onu da vurğuladı ki, ermənilər bu abidələrin özlərinə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu, forma və ornamentlərinin düzülüşü onların yalan danışdıqlarını bir daha üzə çıxarır.
Tədbirdə çıxış edən Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas ümumiyyətlə bizim haqq səsimizin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında təbliğatımızın aşağı səviyyədə olduğunu dilə gətirdi. Xanım Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin işinin sıfıra bərabər olduğunu diqqətə çatdırdı. Bildirdi ki, dövlətin bu istiqamətdə ayırdığı pulları komitə ümumi təbliğatımıza, digər xalqların diasporları ilə əlaqələrin genişdirilməsinə xərcləmək əvəzinə, göyə sovurur. Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da diasporamızın çox zəif olduğunu, ölkəmizi xaricdə layiqincə təmsil etmədiyini vurğuladı. Və bunun günahını Diaspora ilə İş Üzrə Dövlət Komitəsində, eləcə də Xarici İşlər Nazirliyində olduğunu qeyd etdi.
Xatırladaq ki, bu günkü hesabatında ictimai birlik ölkəmizin işğal altında olan ərazilərində ümumilikdə tarixi və mədəniyyət abidələrimizə dəyən zərəri 177 milyard dollar civarında qiymətləndirib.
Namiq



























































































