Bayram günlərində banklar necə İŞLƏYƏCƏK? – Özlərindən AÇIQLAMA 

Hazırda oxunan: Bayram günlərində banklar necə İŞLƏYƏCƏK? – Özlərindən AÇIQLAMA 

102844

Məlum olduğu kimi Azərbaycanda 4 gün ardıcıl iş günü olmayacaq. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Bizim.Media bayram günlərində işləyən və işləməyən bankları araşdırıb. 

Məlum olub ki, bankların əksəriyyəti bayram günlərində işləməsə də, kredit ödənişləri, pul köçürmələri və ödənişləri üçün açıq olacaq.

Beynəlxalq Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yadigar Cəfərli Bizim.Media-ya açıqlamasında yalnız noyabrın 7-də bəzi filialların işləyəcəyini bildirib. 

“Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinovayanın sözlərinə görə “Unibank”ın nın mobil tətbiqi üzərindən kredit və digər ödənişləri, pulköçürmələri, eləcə də digər bank xidmətlərini müştərilərimiz 24/7 həyata keçirə bilərlər. Amma bayram günləri bank filialları işləməyəcək. 

"Yelo Bank" ın marketinq departamentinin direktoru Tofiq Bayramov bayram günlərində bankın heç bir filialının çalışmayacağını vurğulayıb. 

“Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Sədrəddinov isə  bayram günlərində bankın iş rejimi barədə hələki məlumat olmadığını açıqlayıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin