Azərbaycanda yodun qiyməti kəskin artıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, əvvəllər 40 qəpiyə satılan yod hazırda 1,20 manatadır.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var.
Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsuludur. Onun pərakəndə qiyməti oktyabrın 31-dən 1,19 manat müəyyən edilib.
Tarif Şurasının siyahısında olan qiymətlərdən biri dərmanların topdan, digəri pərakəndə satış qiymətidir. Məsələn, aptek yodu 0,99 manata alıb, 1,19 manata satmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:19 / 04.11.2022
Azərbaycanda yod kəskin bahalaşdı
Hazırda oxunan: Azərbaycanda yod kəskin bahalaşdı
Hazırda oxunan: Azərbaycanda yod kəskin bahalaşdı
102820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.