Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getsə də, hələ də ölkədə investisiya fondları yoxdur.
Halbuki, inkişaf etmiş və liberal iqtisadiyyata malik ölkələrdə investisiya fondları mühüm rola malikdir.
Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov ölkəmizdə investisiya fondlarının olmamasını prosesə etibarın olmaması ilə əlaqələndirdi:
“İnvestisiya fondları bir qayda olaraq qiymətli kağızlar bazarının olduğu yerdə olur. Öz növbəsində qiymətli kağızlar bazarı da heç olmasa qismən şəffaflığın və şirkətlərin hesabatlılığının bir qayda olaraq düzgün olduğu məkanda olur.
Azərbaycanda isə bunlar yoxdur. İnvestisiya fondları adətən biznesə pul qoyulması üçün sərmayədarları bir qayda olaraq qiymətli kağızlara cəlb edirlər. Azərbaycanda isə qiymətli kağızlara sərmayə qoyan həmin şirkətin arxasında nəyin dayandığından xəbərsiz olur.
Belədə onun qiymətli kağız fonunda qoyacağı sərmayəni sabah gəlirin olmadığını bəhanə etməklə çox rahat şəkildə havaya uçura bilərlər. Azərbaycanda müflisləşmə institutu da yoxdur.
Ölkədə ildə maksimum cəmi 3-4 şirkət özünü müflisləşmiş elan edir. İnkişaf etmiş ölkələrdə isə il ərzində minlərlə şirkət özünü müflis ealn edir. Deməli, Azərbaycanda da çoxsaylı müflisləşmə olsa da, onu rəsmiləşdirmirlər. Ona görə də ölkəmizdə investisiya fondları da yoxdur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 05.11.2022
Çağdaş iqtisadiyyatın TƏLƏBİ – Azərbaycanda investisiya fondları niyə yoxdur?
Hazırda oxunan: Çağdaş iqtisadiyyatın TƏLƏBİ – Azərbaycanda investisiya fondları niyə yoxdur?
Hazırda oxunan: Çağdaş iqtisadiyyatın TƏLƏBİ – Azərbaycanda investisiya fondları niyə yoxdur?
102816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.