Bu ilin yanvar-oktyabr aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 60%-i aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.
Bizim.Media xəbər verir ki, bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun fikrincə, bu göstəricinin əldə edilməsində təbii qazdan qənaətlə istifadə olunması öz rolunu göstərir.
“Qənaətlə istifadə etmək dedikdə, mənzildə olan istilik cihazlarını söndürərək soyuqda oturmaq nəzərdə tutulmur. Qənaətlə istifadə etmək deyəndə, ilk növbədə, müasir və qənaətli qaz qurğularının quraşdırılması, ehtiyac olmadığı təqdirdə təbii qazın istifadəsini nəzarətdə saxlamaq nəzərdə tutulur”, - Rövşən Məhyəddinov qeyd edib.
Onun sözlərinə görə, bir çox fərdi evlərdə qeyri-standart istilik qurğularından istifadə olunur və onların daha müasir qurğularla əvəz olunması nəticəsində qazın sərfiyaatı əhəmiyyətli dərəcədə azalır.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:51 / 04.11.2022
Əhalinin 60%-i aşağı qaz istifadəsi limitini keçməyib
Hazırda oxunan: Əhalinin 60%-i aşağı qaz istifadəsi limitini keçməyib
Hazırda oxunan: Əhalinin 60%-i aşağı qaz istifadəsi limitini keçməyib
102815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.