Azərbaycanda daha bir yeniyetmə erkən nikaha cəlb edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, erkən nikaha cəlb edilən qız Göyçay rayon Çərəkə kənd sakinidir.
K.Ağazadə qeyd edib ki, azyaşlı Ağsu sakininə ərə verilir və sabah toyu olacaq.
O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".
Alçina Amilqızı, Bizim.Media