Şəmkir rayon Seyfəli kənd sakini Albabayeva Aybəniz Moderator.az -a müraciət edərək bildirib ki, xa033 il tibb bacısı işlədiyi xəstəxananın baş həkimi onu 5000 manat pul gətirməyəcəyi halda işdən qovulacağı ilə hədələyib.
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Azərbaycan xa0Respublikasının xa0Prezidenti İlham Əliyev Cənablarına
Surəti-YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Xanım Əliyevaya
Surəti-Baş xa0Prokuroru xa0 Cənab Zakir Qaralova
xa0Surəti- Nazirlər Kabinetinə
Surəti-Ombudsman xa0Elmira Xanım Süleymanovaya
Surəti-Milli Təhlükəsizlik xa0nazirliyinə
Surəti- Milli-Məclisin sədri Cənab Oqtay xa0Əsədovaxa0
Surəti-Maliyyə naziri Cənab Samir Şərifov xa0 xa0 xa0xa0
Şəmkir rayon Seyfəli kənd sakini Albabayeva Aybəniz Musa qızı tərəfindən
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0ƏRİZƏ
Yazıb sizə bildirirəm ki,mən indiki Çinarlı qəsəbəsində (keçmiş Leninkənd) yerləşən xəstəxanada 33 (otuz üç) ildir tibb bacısı işləyirəm. 2012-ci ildə kursdan keçmişəm 2014-cü ilin dekabr ayında xəstəxananın baş həkimi Altay həkim mənə dedi ki, tezliklə mənə 5 (beş) min AZN verməsən səni işdən azad edəcəm. 2015-ci ilin may ayında isə mənə dedi ki, pulu (beş min manatı) vermədin, ona görə də səni Şəmkir rayon Mərkəzi xa0Xəstəxanasının baş həkimi Nürəddin həkimin məsləhəti ilə səni işdən azad etmişik.
Mən dəfələrlə ŞMX-nın baş həkimi Nürəddin həkimin yanında olmuşam,axırıncı xa0dəfə mən onun yanında olanda mənə ded ki,sən birdə bura gəlsən səni dəlixanaya qoyduracam.
Çinarlı xəstəxanasının baş həkimi xa0Altay həkim isə mənə deyir xa0ki,mən heç kimdən qorxmuram,mənim arxamda ŞMX-nın xa0baş həkimi və Bakı durub, get hara istəyirsən şikayət et. Pulu gətirmədin (beş min manatı) səni işdən azad etdik.
Xatırladım ki,Altay həkim 65 yaşı tamam olmuş işçiləri təqaüdə göndərmək əvəzinə hansısa yollarla onları xəstəxanada xa0saxlayır.
Sizdən xahiş edirəm mənim işə bərpa olunmağıma və mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsinə köməklik göstərəsiniz.Çinarlı xəstəxanasının baş həkimi Altay həkimin qanunsuz əməllərinə son qoyasınız və ciddi tədbir görəsiniz.
Mən tək ailə sahibiyəm,həyat yoldaşım rəhmətə gedib, üç övladım var,başqa gəlir yerim yoxdur,dolana bilmirəm,mənə köməklik etməyinizi sizdən artıq dərəcədə xahiş edirəm.Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm. xa0xa0
27.10.2015 . xa0
Albabayeva."
































































































