Reklam fəaliyyətinə nəzarətlə bağlı işçi qrup yaradılacaq

Hazırda oxunan: Reklam fəaliyyətinə nəzarətlə bağlı işçi qrup yaradılacaq

102773

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Audiovizual Şura ilə birlikdə reklam fəaliyyətinə nəzarətlə bağlı birgə işçi qrup yaradacaq. 

Bizim.Media xəbər verir ki, bunu Bakıda "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib. 

O, qeyd edib ki, reklam sahəsində fəaliyyətlərin tənzimləməsi üçün əsas məsələlərdən biri də Rəqabət Məcəlləsinin qəbul edilməsidir:

"Ümid edirəm ki, qısa müddətdə qanun layihəsi Milli Məclisə təqdim ediləcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra buna dair müxtəlif seminarlar keçiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin