“Şüuru, düşüncəsi, təfəkkürü işğal edilmiş qüvvələr var ki, hələ də İrana xidmət edirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri məşhur jurnalist Turan İbrahimov səsləndirib.
Jurnalist İranı müdafiə edən şəxslərin irəli sürdüyü arqumentlərə belə cavab verib:
“Əgər kimsə, sizinlə mübahisə zamanı “Nə olsun ki, İran Ermənistanı dəstəkləyir, Azərbaycan da İsraillə dostdur” arqumentini gətirirsə, onun təfəkküründə problem var və həmin şəxs milli maraqlar, suverenlik çərçivəsində düşünmə qabiliyyətinə malik deyil. Əgər cahillikdən bu fikirlər irəli sürülürsə, onlara gerçəkliyi izah etmək lazımdır. Yox, əgər başqa məqsədlər varsa, onlarla aididyyatı qurumlar məşğul olmalıdır. Necə ki, artıq İranın ölkəmizdə təxribatlar, terror törətmək üçün hazırladığı qruplaşmalara ifşa olunur.
Turan İbrahimov İranın Azərbaycanda terror aktları törətmək niyyətlərinə də diqqət çəkib:
“DTX-nin saxladığı şəxslər də terror qruplaşmasının üzvləridir və İran xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Onlar hər halda Quran dərsi demək, dini ayinlərdə sinə döyüb, ağlamaq üçün deyillər. Əllərində silah varsa, deməli onların başqa məqsədləri olub.
Ümumiyyətlə isə, İslam dini nə Səudiyyə Ərəbistanının, nə Türkiyənin, nə də İranın monopoliyasındadır. Biz dinimizi yaşamaq üçün hansısa ölkənin din xadiminə baxmaq məcburiyyətində deyilik. Əgər bizim dinimizin tələbləri, fundamental haqq və hüquqlarımıza əngəl törədirsə, deməli burada problem var.
Din bizim fitrətimizə qarşı ola, dövlətimizi satmağa motiv ola bilməz. Əgər bu formada təlqinlər varsa, deməli o din deyil. Ona görə də İranı tənqid etmək, dini, məzhəbi tənqid etmək deyil. Biz İranı tənqid ediriksə, riyakar molla rejimini nəzərdə tuturuq, dini dəyərləri yox”.
Turan İbrahimovun fikirləri ilə videodan daha geniş tanış ola bilərsiniz:
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 04.11.2022
“Din dövlətimizi satmağa motiv ola bilməz” – Turan İbrahimovdan İrana SƏRT TƏNQİD – VİDEO
Hazırda oxunan: “Din dövlətimizi satmağa motiv ola bilməz” – Turan İbrahimovdan İrana SƏRT TƏNQİD – VİDEO
Hazırda oxunan: “Din dövlətimizi satmağa motiv ola bilməz” – Turan İbrahimovdan İrana SƏRT TƏNQİD – VİDEO
102772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.