Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Qarabağ" futbol komandasının son oyununu təqdir edib.
Bizim.Media xəbər verir ki, bu barədə Şahmar Mövsümov rəsmi “Twitter” hesabında bildirib.
“Halal olsun "Qarabağ" Futbol Klubu!!! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirən "Qarabağ" Almaniyanın "Frayburq"u ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.
Bizim.Media
Halal olsun @FKQarabagh!!! Son saniyəyə qədərə mübarizə aparan aslanlarımıza eşq olsun! pic.twitter.com/dFmAcZ4yF4
— Shahmar Movsumov (@ShahmarM) November 3, 2022