ANS PRESS-in məlumatına görə, əvvəlcə valideyinlərlə əsgərlərin hərbi hissəsin giriş qapısında görüşü baş tutub.
Daha sonra Müdafiə Nazirliyinin Qusardaki hərbi hissəsinin komandiri respublikanın ayrı-ayrı bölgələrindən gəlmiş valideynləri hərbi hissə ilə ətraflı tanış etdi. Onlar əvvəlcə hərbi qurumun tibb məntəqəsinə, hamam və camaşırxanasına baş çəkdilər.

Əsgərlərin yataq ”“istirahət şəraiti də valideyinlərin diqqətinə çatdırıldı. Əsgərlərin idman, silah, dərs otaqlarına da baş çəkən əsgər ata-anaları hərbi hissənin çörəkbişirmə sexi ilə tanış olaraq əsgər çörəyinin dadına da baxdılar.
Sonda əsgər yeməyinin hazırlandığı yerə baş çəkən valideynlər burada övladları ilə birgə nahar etdilər.
Müdafiə Nazirliyinin bütün hərbi hissələrində həyata keçirilən və ilk dəfə tətbiq edilən "Açıq qapı" tədbiri valideynlərlə hərbi qulluqda olan övladları arasında bir növ canlı körpü rolunu oynayır.
Əsgər atası Nizami Mehdizadənin sözlərinə görə belə günlərin keçirilməsi əsgərlərdə əlavə motivasiya oyadır. "Əsgərlərin valideyinləri ilə hər bir görüşü onları növbəti uğurlara ruhlandırır. Ona görə, açıq qapı prinsipi ilə əsgərlər öz valideyinlərinə qovuşurlar, xidmətini yerinə yetirməsi üçün valideyindən yenidən güc alırlar."

Əsgər Babək Hacıyev də "Açıq qapı" gününün keçirilməsindən razıdır. "Gəldilər, bizim bu xidmət yerimizi öz gözləri ilə gördülər,çox razı qaldılar. Biz də çalışırıq ki, ölkə rəhbərinin orduya göstərdiyi diqqəti öz əməlimizlə göstərək."
Hərbi hissənin nümayəndələri də əsgər ”“ valideyn münasibətlərinin sıx əlaqələr üzərində qurulmasına xidmət edən Açıq qapı tədbirinin xüsusi əhəmiyyətinə toxundular. Hesab edilir ki,gənc əsgərlərin qulluq yerində doğmalarını görmələri onların xidməti daha həvəslə yerinə yetirmələrinə müsbət təsir göstərəcək.
İndiyədək övladının qulluq etdiyi məkana yalnız xüsusi təyin olunmuş otağa qədər gəlib-gedən valideynlərin üzünə hərbi hisssənin qapıları bundan sonra tam açılacaq. Övladını əsgərliyə yola salan ata-ana onun qulluq etdiyi əraziyə istənilən bazar günü gəlib baş çəkə biləcək.xa0

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı”x9d günü keçirilir.
Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olacaqlar.
Bundan əlavə, valideynlər hərbi hissələrin komandanlığı ilə görüşərək onları maraqlandıran suallara ətraflı cavab ala biləcəklər.




































































































