125 yaşlı qadın seçkilərdə iştirak edəcək... - VİDEO

Hazırda oxunan: 125 yaşlı qadın seçkilərdə iştirak edəcək... - VİDEO

102705
Mingəçevir sakini, 125 yaşlı Sandıx Bağırova yataq xəstəsi olduğundan seçki məntəqəsinə gedə bilməyəcək.

Moderator.az-ın Region TV-yə istinadən məlumatına görə, Daşınar qutu onun ünvanına gətiriləcək. Qızı, 75 yaşlı Züleyxa Bağırova Sandıx nənəyə bu işdə yardımçı olacaq:

”x9d Parlament seçkiləri gəlir. Anama səs verməyə kömək edəcəyəm”x9d

Sandıx nənə bundan sonra keçiriləcək seçkilərdə də iştirak etmək arzusundadır.

Qeyd edək ki, qanunvericiliyə görə, seçki günü məntəqələrə gələ bilməyən Sandıx nənə kimi yüzlərlə seçiciyə yaşadıqları ünvanlarda səs vermək üçün şərait yaradılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin