Ailədə xəyanətdən necə sığortalanmaq olar? – Hüquqi izah

Hazırda oxunan: Ailədə xəyanətdən necə sığortalanmaq olar? – Hüquqi izah

102680

“İkinci arvad” artıq sosial bəladır. Bu gün əksər qadınlar bundan gileylənir. Ayağı yer tutan ixtiyari kişi özünə kənarda ikinci sevgili tapır. Təbii ki, belə hallar ailə institutunu zədələyir. Bəzənsə ailənin dağılmasına gətirib çıxarır. Və yaxud, boşanmada bəzi kişilər öz xanımını xəyanətdə ittiham edir.

Təsadüfi deyil ki, boşanmalarda əsas arqument kimi xəyanət göstərilir. Halbuki, bu problemdən qurtuluşun çox sadə yolu var. Bu da “Nigah Müqaviləsi”dir.
Tanınmış hüquqşünas Əsabəli Mustafayev ailə institutu üçün çox maraqlı olacaq məqamları Bizim.Media-ya açıqladı:

“Nigah müqaviləsi”nin çox böyük üstünlükləri var. Çox təəssüf ki, bizim cəmiyyətdə “Nigah müqaviləsi”nin bağlanmasına çox nadir hallarda rast gəlinir. Amma bu müqavilə ailəni gələcəkdə baş verə biləcək bir çox xoşagəlməz hadisələrdən və hətta xəyanətdən belə sığortalaya bilər. Dünyanın əksər ölkələrində “Nigah müqaviləsi” əsasən belə hallardan sığorta üçün bağlanılır. Əksər müqavilələrdə qeydlər olur ki, əgər tərəflərdən biri xəyanət edərsə o, əmlakda maliyyə sanksiyalarına məruz qala bilər.

Əgər xəyanət ailənin dağılmasına səbəb olursa onda xəyanətə uğrayan tərəf ailə əmlakının daha böyük hissəsini ala bilir. Bu rəqəm Müqavilədə öz təsdiqini tapa bilər. Hətta birgə əmlakdan qabaq qazanılmış əmlakın məsələn 30,50, 70 faizi qarşı tərəfə ödənilməsi şərt kimi qoyula bilər”.
Əsabəli Mustafayev onu da əlavə etdi ki, bundan əlavə müqavilədə göstərilə bilinər ki, boşandıqdan sonra uşaqlar zərərgörən tərəfin himayəsində qalacaq:

“Hətta boşandıqdan sonar uşaqlarla ünsiyyətdə də məhdudiyyətlər qoyula bilər. Bir sözlə, “Nigah Müqaviləsi” ailənin xilası və xoşbəxtliyi üçün vacib amildir.  Əgər gənc ailə “Nigah Müqaviləsi” bağlayarsa onda hər iki tərəf məsuliyyətini çox yaxşı bilər. Ən azından xəyanət edəcəyi təqdirdə onu hansı maddi itkilərin gözlədiyini qabaqcadan biləcək və xəyanətdən qaçacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin