ANAMA-nın "qaynar xətt"i istifadəyə verildi

Hazırda oxunan: ANAMA-nın "qaynar xətt"i istifadəyə verildi

102627

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) "qaynar xətt" xidməti istifadəyə verilib.

Bu barədə Bizim.Media ANAMA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

“Qaynar xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin