Bir həftə ərzində MTN-dən 9 general uzaqlaşdırıldı ”“ Adlar

Hazırda oxunan: Bir həftə ərzində MTN-dən 9 general uzaqlaşdırıldı ”“ Adlar

102623
MTN-də Eldar Mahmudovun yaxın adamlarının vəzifədən kənarlaşdırılması prosesi davam edir. Dünən sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqəsi olan və MTN-də çox mühüm bir vəzifə tutan daha bir general ”“ MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Ədalət Əsədullayev də vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb. Beləliklə, artıq son bir həftə ərzində vəzifələrindən çıxarılan generalların sayı 9-a çatıb.

İndiyədək vəzifələrindən uzaqlaşdırılan generalların siyahısı:

1. Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov;

2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;

3. MTN-in Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova;

4. MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;

5. Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov;

6. Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov;

7. Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev;

8. MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev;

9. MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev”¦

Strateq.az-ın məlumatına görə, yaxın günlərdə MTN-in daha bir neçə generalının da vəzifələrindən çıxarılaraq istintaqa cəlb ediləcəkləri, hətta bəzilərinin həbsə atılacaqları gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin