Məktəbdə şagirdə qarşı əxlaqsız hərəkət edən şəxs həbs olundu

Hazırda oxunan: Məktəbdə şagirdə qarşı əxlaqsız hərəkət edən şəxs həbs olundu

102609

Bakıda yerləşən 212 saylı tam orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib.

Qərara əsasən, Tərtər rayon sakini Sahil Həsənov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 2 oktyabr 2022-ci il tarixdə saat 19:39-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 212 saylı tam orta məktəbin birinci mərtəbəsinin dəhlizində 2012-ci il təvəllüdlü şagirdə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.

Təqsirləndirilən Sahil Həsənov barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin