Nazir deputatın oğlunu işdən niyə çıxardı? - Açıqlama

Hazırda oxunan: Nazir deputatın oğlunu işdən niyə çıxardı? - Açıqlama

102596
Milli Məclisin deputatı Elman Məmmədovun oğlu, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad olunub

Bu barədə azvision.az-a deputat özü məlumat verib.

Millət vəkilinin sözlərinə görə, oğlu işdən öz ərizəsi ilə çıxıb: `Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun`.

Qeyd edək ki, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov Daxili İşlər naziri Ramil Usubovun əmriylə tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin