Elnur Əliyevin işə çıxması xəbərləri doğru deyil - İstintaq davam edir

Hazırda oxunan: Elnur Əliyevin işə çıxması xəbərləri doğru deyil - İstintaq davam edir

102586

Bir sıra yerli KİV-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunan nazirin birinci müavini Elnur Əliyevin işə çıxması ilə bağlı iddialar yayılıb.

Bizim.Media Trend.az-a istinadən xəbər verir ki, Elnur Əliyevin işə çıxması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Elnur Əliyev DTX-nin keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

MƏDƏNİYYƏT NAZİRLİYİ – “Hər kəs işinin başındadır”


Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar.

Dünən isə Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin