\"Qarabağda idarəetmənin yeni modeli formalaşdırılır\" – Prezidentin xüsusi nümayəndəsi

Hazırda oxunan: \"Qarabağda idarəetmənin yeni modeli formalaşdırılır\" – Prezidentin xüsusi nümayəndəsi

102582

“Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hadrut, Suqovuşan, Tuğ və Talışın Baş planları hazırlanır – RƏSMİ


O, qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra tarixi qələbə qazanaraq torapqlarımızı işğaldan azad edib: “Hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur”.

E.Hüseynov vurğulayıb ki, Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir: “Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin