Bu məktəblərdə direktor vəzifəsinə vakansiya elan olundu

Hazırda oxunan: Bu məktəblərdə direktor vəzifəsinə vakansiya elan olundu

102579

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək 
olan və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edib.

Bu barədə Bizim.Media Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.

Sənəd qəbulu 10-14 noyabr tarixlərini əhatə edəcək. Müraciət etmək istəyən şəxslər müvafiq sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) BŞTİ-nin İnsan resursları sektoruna (Əlaqə: 146-1 (daxili: 6021)) təqdim edə bilərlər.

Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək.

Bu il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin