Arvadını və üç qohumunu bıçaqlayan şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR  

Hazırda oxunan: Arvadını və üç qohumunu bıçaqlayan şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR  

102574

Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlamaqda ittiham olunan Niyaməddin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyulun 26-da, gecə saat 01 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib. O, arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası Zəkiyyə Nuriyevaya, bacısı Royya Nuriyevaya və qardaşı Elçin Nuriyevə bıçaqla xəsarət yetirib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin