Bu gün tək bizim deyil dünya dərsliklərində insanların irqlərə ayrılmasını, dərilərinin rənginə, gözlərinə, dodaqlarına, saç düzümünə və s. əlamətlərə görə bir-birindən fərqləndirildiklərini görə bilərik. Bir zamanlar ağdərili irqçilərin qaradərili əhalini sıxışdarmaqdan ötrü əllərində “bayraq”x9detdikləri “qaradərililər qara günlər üçün yaranıblar”x9d əsassız fikirlərindən doğan və bu gündə hər birimizin insan olduğumuz halda bu ideyaları yaşatmağın nə mənası var? Bu gündə Amerika Birləşmiş Ştatlarında ağdərili polislərin qaradərili vətəndaşlara münasibəti göz önündədir. Axı dərisinin rəngindən, gözünün quruluşundan, saç düzümündən və s. əlamətlərdən asılı olmayaraq hər birimiz insanıq. Qədim Çin fəlsəfəsinə əsaslansaq, bizim hər birimizin daxilən insan olduğumuzu və sadəcə zahiri görünüşümüzə görə fərqləndiyimizi görə bilərik. Müqəddəs kitabımız olan Qurani-Kərimdə də Əl-Ənam, Əl-Əraf və s.surələrində insanların bərabərliyindən bəhs olunur, rəngindən, cinsindən və s.əlamətlərə görə fərq qoyulmadığını görürük. Sual edə bilərsiniz ki, dünya belə qəbul edib? Biz nə qədər ara qarışdıran, müsəlmanları bir-birinə qırdıran “Qərbin”x9d fikirlərilə oturub duracağıq, məgər bizim öz fikirlərimiz ola bilməz. Biz nə vaxt işğal olunmuş əqli mülkiyyətimizin azadlığın əldə edəcəyik. Necə ki, Nəsirəddin Tusinin adının yerinə İsaak Nyutonun, Kopernikin adını çəkirik. N.Tusinin adı onların adının yanında kölgədə qalır. Axı müəyyən ixtiraları (bu gün Nyuton kəşf etdikləri qanunları və Kopernikin Yerin fırlanmsını sübut etməsi) bir neçə əsr qabaq N.Tusi onlardan qabaq kəşf etmişdi. Yenə sual edə bilərsiniz ki, antropoloqlar irqlərin olmasını belə qəbul edib. Həmin antropoloqlardan biridə Rus səyyahı Nikolay Mikluxo Maklay olmuşdur ki, irqlərin bərabərliyini sübut etmişdir. O, bir müddət ərəblərin içərisində yaşamış və ərəb dilinidə burada öyrənmişdir. Bəlkə də ərəblərin içərisində yaşaması onun müqəddəs kitabımız olan Qurani Kərimdə insanların bərabərliyindən xəbər tutması, heç bir fərq qoyulmadığını öyrənməsi olmuşdur.Bu həmin dövrlər idi ki, avropalılar kəşf etdikləri ərazilərdə, Amerika qitəsində, Afrikada, Cənub-Şərqi Asiyada, Avstraliyada yerli əhaliyə olmazın işgəncələrin verirdilər. 42 yaşında vəfat etsə də dünya üçün vacib olan insanlığın öndə durduğunu, hər birimizin insan olduğunu anladıb bu həyatdan köç edib getdi. Lakin irqçi antropoloqların fikirləri bu gündə, bəlkə də dünyada olan bütün dərsliklərdə əsas olaraq qaldı. Biz ki, tolerant ölkəyik. Bu tolerant fikirlərimizlə,dərsliklərimizə düzəliş etməklə dünyanın ən tolerant ölkəsi ola bilmərik? Bəlkə, özümüzün özümüzə və öz fikirlərimizə müsbət mənada hörmət etməyin vaxtı çatıb...
Araşdırmaçı-jurnalist
Zaur Mirzəli
































































































