“Bakının ətraf kəndlərində, Abşeron rayonunun Xırdalan şəhəri və Masazır qəsəbəsində məktəblərdə sıxlıq müşahidə edilir”.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Universitetlərin əyani təhsilə keçirilməsi ilə bağlı – RƏSMİ AÇIQLAMA
Nazir bildirib ki, bu barədə Operativ Qərargahla müzakirələr gedir.
“Bu məktəblərdə həftədə 5 dəfə dərs keçmək alınmır. Yalnız ibtidai siniflər ənənəvi tədrisə qayıdanda sıxlıq olmur''.
''Lakin V-IX siniflər məktəbə gələndə artıq sıxlıq müşahidə edilir. Bu siniflərin ənənəvi tədrisə qayıtması ilə bağlı Operativ Qərargahla müzakirələr gedir. Növbəti həftə bununla bağlı açıqlama olacaq”.
E.Əmrullayev bəzi məktəblərdə pandemiya şəraitində yer problemi olmadığını da bildirib.
Bizim.Media