Türkiyənin “Beşiktaş” klubunun oyunlarını oynadığı İstanbulun Dolmabağça səmtində yerləşən stadionun adı 8 ildən sonra dəyişəcək.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, qurulduğu gündən etibarən “Vodafone”şirkətinin adını daşıyan stadion artıq yeni adla çağırılacaq.
20.08.2013-cü ildə “Vodafone”la bağlanan müqaviləyə ingilis telekommunikasiya şirkəti tərəfindən son qoyulub. Belə ki, Beşiktaş 2022-2023-cü ildən etibarən yeni sponsorla yoluna davam edəcək.
Klubun prezidenti Ahmet Nur Cebi məsələ ilə bağlı açıqlamasında artıq stadiona yeni sponsor təklifləri gəldiyini bildirib:
“2013-cü ildə Vodafone ilə 116 milyon dollarlıq müqaviləni 10 illik aşmaq üçün Çin, Ərəbistan Yarımadası ölkələri və digər ölkələrdən mümkün sponsor namizədləri ilə danışıqlar başlayıb”.
Klub rəhbərinin sözlərinə görə, seçilən şirkətlər arasında ilk sıralarda Azərbaycan dövlət neft şirkəti “SOCAR” və Qazaxıstan dövlət qaz şirkəti “Kazmunaigas” yer alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:05 / 03.11.2022
SOCAR “Beşiktaş” stadionuna NAMİZƏDDİR
Hazırda oxunan: SOCAR “Beşiktaş” stadionuna NAMİZƏDDİR
Hazırda oxunan: SOCAR “Beşiktaş” stadionuna NAMİZƏDDİR
102529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.