Xalqın partiyası və xalqın namizədi...

Hazırda oxunan: Xalqın partiyası və xalqın namizədi...

102502
Moderator.az AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) "Xalqın partiyası və Xalqın namizədi..." yazısını təqdim edir:

"Xalqa xidmət, xeyirxahlıq, vicdan kimi vacib mənəvi dəyərlər, fikrimizcə, İnsanlara tam mənada nə məktəbdə, nə universitetdə öyrədilir. Bu ali keyfiyyətlərin kökü, bünövrəsi gərək adamın genində olsun. Çünki gendəngəlmə xüsusiyyətlər təlim-tərbiyə, təhsil, təbliğat nəticəsində şəxsiyyətin xasiyyətində, mənəviyyatında möhkəm oturuşur, kök salır. Təsadüfi deyil ki, hər hansı bir şəxsin müəyyən əməlini qiymətləndirərkən el arasında belə bir ifadə işlədilir: “qanında var”x9d. Bu, minillərin sınağından keçərək özünü doğrultmuş bir ifadədir. Hətta müdrik kəlamdır. El arasında rəvayət də var ki, bir şah qaraçı övladını götürüb öz övladı kimi böyüdür, təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Uşaq şah oğlu kimi böyüyür, boya-başa çatır. Günlərin birində şah ova çıxarkən “oğlunu”x9d da aparır. Bir meşəlikdən keçərkən gənc “şahzadə”x9d bir ağac budağı göstərərək həvəslə deyir: bundan nə gözəl ələk sağanağı olar! Şah o saat “barmağını dişləyir”x9d, demək, bunun genində qaraçılıq var, qaraçı oğlundan şahzadə olmaz.

Demək, insanın şəxsiyyət kimi yetişməsində, formalaşmasında, yüksək mənəvi dəyərləri özündə cəmləşdirməsində onun hansı nəsildən, hansı ailədən çıxmasının başlıca rolu danılmazdır. Bizə elə gəlir dövlət quruculuğu, savadlı insanların məsul vəzifələrə təyin edilməsi məsələlərində, xüsusən səsvermələrdə bu cəhətə başlıca önəm vermək həmişə, necə deyərlər, işin xeyrinə atılmış uğurlu addım sayıla bilər. 

Qarşıdan deputat seçkiləri gəlir, bütün xalqımız kimi, Kəlbəcər seçiciləri də seçim qarşısındadır. Təbii ki, hər kəs özünün ən layiqli hesab etdiyi namizədə səs verəcək. Mənə elə gəlir, əziz həmyerlilərim növbəti müddət üçün yenə öz səslərini həmişə hər bir kəlbəcərlinin yanında olan, öz el-obasının sevincinə sevinib, kədərinə kədərlənən Cavid Qənbər oğlu Qurbanova verəcəklər. Qeyd edim ki, bu əminliyim elə-belə, havadan deyil. Bu ehtimalımın kökündə kifayət qədər məntiqi, obyektiv səbəblər dayanır. Birinci növbədə qeyd etmək lazımdır ki, Cavid müəllim artıq uzun illərdir el-obamızın, xalqımızın və dövlətimizin etimadını doğruldaraq möhkəm inamını, etibarını şərəflə qazanmışdır. O, həm xalqın, həm dövlətin mənafeyini paralel olaraq bir arada uca tutmağı, qorumağı bacaran ictimai xadimlərimizdəndir. İstər deputat kimi, istərsə də məsul dövlət vəzifələrində çalışan bir məmur olaraq vətənə vətəndaşlıq borcunu illərdən bəri ləyaqətlə yerinə yetirən Cavid Qurbanov problemi olan, dara düşən, qapısını döyən hər bir kəlbəcərlinin ümid yeri, arxa-dayağı olub həmişə və bu gün də olmaqdadır. Bu isə ondan irəli gəlir ki, o, köklü bir nəsildəndir. Xeyirxahlıq, vətənə, xalqa vicdanla, ləyaqətlə xidmət, el-obaya qayğı və diqqət, dövlətçilik düşüncəsi, göstərilən etimadı doğrultmaq, sədaqətlilik kimi ən uca insani keyfiyyətlər onun genində oturuşmuşdur. El dili ilə desək, qanunda var. Cavid Qurbanovun mənsub olduğu soy, nəsil hələ orta əsrlərdən mədəniyyətimizə, mənəviyyatımıza dəyərli töhfələr verməklə yanaşı, dövlətə və dövlətçiliyə bağlı olmuş, ictimaiyyət içində nüfuz qazanmağa başlamışdır. Ən ulu babalarından olan Miskin Abdala Şah İsmayıl Xətainin mükafat təqdim etməsi tarixi həqiqət olaraq fikrimizi təsdiq eləyir. Hətta bəzi qaynaqların məlumatına görə, nəhəng fateh bir sıra dövlət əhəmiyyətli məsələlərdə onunla məsləhətləşər, xalq arasında, cəmiyyətdə böyük hörməti olan el sənətkarının fikir və düşüncələrinə xüsusi önəm verərmiş. Görünür, Miskin Abdal mənəviyyat adamı olmaqla yanaşı, həm də ictimai xadim kimi öz zamanında xalqına, dövlətinə sədaqətlə  xidmət etmiş və əvəzində dövlət başçısı tərəfindən ali mükafata layiq görülmüşdür.

Sevindirici haldır ki, bu xətt nəsildən-nəslə yüzillər boyu davam etmiş, qırılmamış və bu gün də davam etməkdədir. Belə ki, Cavid müəllimin ulu babası Ağdabanlı şair Qurban, babası Dədə Şəmşir, atası Qənbər müəllim, nəhayət, üzü Miskin Abdaldan başlayan şərəfli yolun layiqli davamçıları olaraq, sapmadan, büdrəmədən addımlamış və addımlamaqdadırlar. Dədə Şəmşir ustad el sənətkarı olmaqla yanaşı, uzun illər Kəlbəcərdə məsul ictimai vəzifələrdə ləyaqətlə çalışmışdır. Qənbər müəllimsə görkəmli ictimai-siyasi xadim olaraq çalışdığı yüksək vəzifələrdə nüfuz, xalq sevgisi qazanmaqlayanaşı, mədəniyyətimizə, ədəbiyyatımıza da dəyərli töhfələr vermişdir. O, bu gün də yaradıcılığını davam etdirməkdədir. Həmçinin də Cavid Qurbanov.

Yeri gəlmişkən qeyd edək ki, Miskin Abdal, Qurban ocağından pərvazlanan bu dəyərli şəxsiyyətlər haqqında düşünəndə professor Nizami Cəfərovun aşağıdakı fikrini xatırlamamaq olmur: bədii ədəbiyyatla siyasi hakimiyyət, ideologiya həmişə bir-biri ilə vəhdətdə, qarşılıqlı əlaqədədir. Doğrudan da bu qənaətdə çox böyükhəqiqət var. Və bu, olduqca yaxşı haldır. Siyasiideologiya ilə bədii ədəbiyyatın vəhdəti xalq üçün də, dövlət üçün də son dərəcə faydalıdır. Bu, “biri od olanda, biri su olar”x9d məsəlini xatırladır. Belə ki, ictimai xadimin, vəzifəli şəxsin, məmurun bədii ədəbiyyata, poeziyaya bağlılığı onun mənəviyyatında xeyirxahlıq, düzgünlük, humanistlik, ədalətlilik prinsiplərinin daha da güclənməsinə səbəb olur. Nəticədə dövlətin etibarı ilə yanaşı, xalqın sevgisini də paralel olaraq qazanmaq asanlaşır. Miskin Abdal da, Dədə Şəmşir də, Qənbər müəllim də, Cavid Qurbanov da baxbu cür hərtərəfli, bütöv, həm dövlət, həm xalq tərəfindən sevilən, etibar edilən, güvənilən şəxsiyyətlərdəndir. Təkcə bunu qeyd etmək kifayətdir ki, Qurbanovlar nəsli 150 ildən artıqdır Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Onlar, eyni zamanda, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına öz dəyərli töhfələrini vermişlər. Xüsusən Cavid müəllim millət vəkili olduğu ötən on ildə daim kəlbəcərlilərin ümid yeri, arxa-dayağı olmuşdur. Onların problemlərinin həllində, sosial çətinliklərinin aradan qaldırılmasında, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında heç vaxt əlindən gələni əsirgəməyibdir. O, hal-hazırda iqtisadiyyatımızın strateji sahələrindən olan dəmiryol təsərrüfatına rəhbərlik edir. Cavid müəllimin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu vəzifəyə təyin olunmasından hələ qısa bir müddət keçməsinə baxmayaraq, burada da artıq böyük işlər görülüb və görülməkdədir. Dəmir yoltəsərrüfatının müasirləşdirilməsi istiqamətində görülən mühüm işlər, Bakı”“Sumqayıt elektrik qatarının açılması və s. bu sahədə həyata keçirilən mühüm layihələrdəndir.

Ümumiyyətlə, Cavid Qurbanov dövlətimiz və xalqımız qarşısında daim üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə, bacarıqla, vicdanla gəlib və gəlməkdədir. Onun qəlbindəki vətən, yurd sevgisi, Kəlbəcər ağrı-acıları isə tamam başqa yazının mövzusudur. Bütün sadalananları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, kəlbəcərlilərimiz növbəti müddət üçün də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Cavid Qənbər oğlu Qurbanova səs verəcəklər! Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyası, Cavid Qurbanovsa xalqın namizədidir. Yuxarıda da qeyd etdiyimiz kimi, o öz şərəfli soykökü ilə tanınıb-sevilən, illərdən bəri dövlətimizə və dövlətçiliyimizə  sədaqətlə xidmət edən, dövlətlə xalqın mənafeyini bir arada tutmağı, uyğunlaşdırmağı bacaran peşəkar kadrdır. Bir daha vurğulayaq ki, bu ən vacib keyfiyyətlər ilk növbədə Cavid müəllimin genindən gəlir. Xeyirxahlıq, qayğıkeşlik, ədalətlilik, xalqa, vətənə sevgi, dövlətə sədaqət onun qanında var, ruhunun mayasını təşkil edir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin