Ağalıda 46 nəfər işlə təmin edilib - FOTO

Hazırda oxunan: Ağalıda 46 nəfər işlə təmin edilib - FOTO

102450

Ağalı kəndində özünüməşğulluq proqramı çərçivəsində növbəti təsərrüfatlar yaradılıb.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndinin 6 sakini istehsal, xidmət sahəsi üzrə özünü məşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.

Tədbir Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birə təşkilatçılığı ilə baş tutub.

Kənd sakinləri Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası, Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın gözəllik salonu zərfi üzrə mal və materiallar verilib.

Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədr müavini Cəmaləddin Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, kənd sakinlərindən artıq 46 nəfəri Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin edilib, bir qrup şəxsin də məşğulluğunun təminatı üçün işlər aparılır.

Kənd sakinlərindən 12 nəfər isə peşə hazırlığına cəlb edilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə sakinlərin proqrama cəlbi həyata keçirilir. 
İlkin mərhələdə onlar üçün biznes təlimləri təşkil edilir, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar verilir. Daha sonra isə proqram iştirakçılarının kiçik təsərrüfatlarını qurmalarına dəstək göstərilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin