Qatil gəlib Hüseynin kəsir başın qəfadan,
Məzlum Hüseyn, Hüseyn can, canım Hüseynə qurban...
Yangılı səslə, həzin avazla oxunan ah-nalə dolu bu ağı Aşura ilə bağlı reportaj üçün getdiyimiz paytaxt məscidinin həyətindən yüksəlirdi. Düzdür, Aşurada zəncir vurmaq, baş yarmaq kimi İslamın özünün də qəbul etmədiyi hərəkətlərə çox az rast gəlsək də, izdihamın arasında azyaşlı uşaqların olması bəzi yerlərdə hələ də mövhumatın, cəhalətin hökm sürdüyünə dəlalət edirdi...
Bu gün məscidlərdə qanvermə aksiyasına qatılanlar, Quran oxutdurub şəhidlərimizi yad edənlər də var idi, ağlayıb, şivən qoparıb dizinə döyənlər də. Ən çox diqqətimizi çəkən isə 10-12 yaş arası uşaqların var güclərilə, həvəslə sinələrinə döymələri idi. Bir az çətinliklə qalabalığın arasından keçib 12 yaşlı Nihada yaxınlaşdım. Aşura haqqında bir xeyli sual versəm də, hamısını cavabsız qoyan balaca məlumatsız olduğunu dedi. Heç Nihadın 18 yaşlı qardaşı da suallarıma cavab verə bilmədi...
Mərsiyəxanların içdən, coşğuyla dedikləri mərsiyələrin sədası altında ortalıqda çox gəzdiyim üçün arabir yaşlı qadınların çəp nzərinə də tuş gəlirdim. Qucağında tutduğu balaca bir qız uşağına arada “sinənə vur”x9d deyərək özünü döyən yaşlı qadını isə çətinliklə də olsa, bir-iki cümlə danışdıra bildim. O, uşaqlıqdan görüb davam etdirdiyi adəti indi də 5 yaşlı nəvəsinə öyrətdiyini söylədi.../punlika.az/


























































































































