“McDonald's Azərbaycan” “Xoş anlarla birlikdə” adlı xeyriyyə aksiyası keçirir - FOTO

Hazırda oxunan: “McDonald's Azərbaycan” “Xoş anlarla birlikdə” adlı xeyriyyə aksiyası keçirir - FOTO

102415

Noyabrın 1-dən 20-dək bütün “McDonald's Azərbaycan” restoranlarında "Xoş anlarla birlikdə" adlı xeyriyyə aksiyası keçirilir.

Aksiyanın simvolu ən yaxşı insani keyfiyyətləri – mərhəməti, xeyirxahlığı, səmimiliyi və mehribanlığı təcəssüm etdirən ürək formalı stiker olacaq.

“McDonald's Azərbaycan”ın hər bir qonağı ürək stikeri alıb, üzərinə öz adını yazıb restoranının divarına yapışdıra bilər.

Aksiyanın son günündə (noyabrın 20-də) xüsusi stikerlərin və kartofların satışından əldə olunan gəlir "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyinin mərkəzi üçün reabilitasiya avadanlıqlarının alınmasına yönəldiləcək.

“McDonald's Azərbaycan” "balacaların böyük problemləri olmamalıdır!" prinsipini rəhbər tutur. Korporativ sosial məsuliyyətə böyük önəm verən şirkət xeyriyyə tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirir.
Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını yaxşılaşdıra bilərik!

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin