Azərbaycanda milli kiber icmalar təşkil ediləcək – FOTO 

Hazırda oxunan: Azərbaycanda milli kiber icmalar təşkil ediləcək – FOTO 

102395

31 oktyabr 2022-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Bizim.Media xəbər verir ki, açılış nitqində AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli tərəfindən hazıradək AKTA tərəfindən görülən işlər, təşkil edilən görüşlər və tədbirlər, o cümlədən qazanılmış nailiyyətlər barədə məlumat verilib. 

Daha sonra iclas iştirakçılarının təklif və fikirləri, habelə müxtəlif mövzular üzrə təqdimatlar dinlənilib.

Təqdimatlar zamanı kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkətlərdən, mütəxəssislərdən, eləcə də bu sahədə ixtisaslaşmaq niyyətində olan şəxslərdən ibarət milli kiber icmaların və platformaların formalaşdırılması, bu icmaların ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərə daha yaxından cəlb olunması, kiber icma üzvləri arasında koordinasiyanın, habelə kommunikasiya imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. 

Milli kadr potensialının gücləndirilməsi məqsədilə kibertəhlükəsizlik üzrə spesifik sahələrdə müvafiq biliklərə məxsus gənclərin də kiber icmalar vasitəsilə vahid platformada birləşdirilməsinin, habelə gənclərin birgə fəaliyyət göstərə bilməsi üçün zəruri resurslarla təmin olunması istiqamətində tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb. 
İclas zamanı Rahid Ələkbərli öz peşəkar fəaliyyətinə davam etməsi ilə əlaqədar olaraq AKTA-nın fəaliyyəti üzrə səlahiyyətlərinin İdarə Heyətinin digər üzvlərindən birinə ötürülməsini təklif edib.

İdarə Heyətinin üzvləri arasında aparılmış müzakirələr zamanı İdarə Heyətinin sədri vəzifəsinin “Cyberpoint” şirkətinin direktor müavini Elvin Balacanova həvalə olunması barədə səsvermə yolu ilə yekdilliklə qərar qəbul edilib. 

Elvin Balacanov AKTA-nın gələcək fəaliyyət planının formalaşdırılması, görüləcək işlər barədə ilkin təkliflərini İdarə Heyətinin diqqətinə çatdırıb.

Eyni zamanda, AKTA-nın gələcək fəaliyyətində kibertəhlükəsizlik sahəsində tədqiqat və inkişaf istiqaməti üzrə tədbirlərin genişləndirilməsinin məqsədəuyğunluğunu da vurğulanıb.

Baş tutan toplantıda kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış və Assosiasiyada təmsil olunan “Simbrella”, “Cyberpoint”, “AzeRobot”, “Eurodesign CSC”, “CaspianTech”, “A2Z Technologies”, “Digitalks Technologies” və “PNetworks” kimi yerli və xarici şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
İclasın sonunda Rahid Ələkbərli hər kəsə təşəkkürünü bildirib və Assosiasiyanın gələcək fəaliyyətində uğurlar arzu edib. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.

Bizim.Media









Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin