MTN-də vəzifə verilən Rauf Xələfov Fəxriyyə Xələfovanın qardaşıdır

Hazırda oxunan: MTN-də vəzifə verilən Rauf Xələfov Fəxriyyə Xələfovanın qardaşıdır

102391
Xəbər verildiyi kimi, bir neçə gün öncə həbs edilən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin yerinə təyinat olub. Bu vəzifəyə nazirliyin Antiterror Mərkəzinin şöbə rəisi Rauf Xələfov gətirilib. Təyinatla bağlı əmr bu gün verilib.

Yeni vəzifəyə təyinat alan R.Xələfovla bağlı afn.az-a maraqlı məlumat daxil olub. Belə ki, onun məşhur modelyer Fəxriyyə Xələfovanın qardaşı olduğu bildirilir. Onların hər ikisi prezident İlham Əliyevin bibisi Rəfiqə Xələfovanın övladlarıdır. R.Xələfov bir neçə il əvvəl "İgidliyə görə"
medalı ilə təltif edilib.

Xatırladaq ki, Bir neçə gün əvvəl MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov saxlanılıblar. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MTN şefi Eldar Mahmudov isə oktyabrın 17-də, prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin