Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə "AzstateNet" dövlət şəbəkəsində 3-cü rüb ərzində 81 milyon zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsi ilə bloklanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, birinci rübdə bu göstərici 101 milyon, ikinci rübdə isə 96 milyon olub. Ümumilikdə 9 ay ərzində 224 milyon zərərli keçid bloklanıb.
Bu ilin iyul-sentyabr ayları ərzində dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə "AzstateNet" dövlət şəbəkəsində 873 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanıb.
Həmçinin bildirilib ki, 2022-ci ilin ilk 9 ayında 2 milyon 900 min olmaqla birinci rübdə 1 milyon 190 min, ikinci rübdə isə 837 min zərərverici virus bloklanıb.
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə "AzstateNet" dövlət şəbəkəsində 83 min virus tərkibli fayl xüsusi "Sandbox" mühafizə sistemləri ilə bloklanıb. Bu göstərici üzrə isə ilk rübdə 37 min, ikinci rübdə 35 min, 9 ay ərzində isə 155 min nəticə qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:32 / 02.11.2022
Azərbaycanda bu il 224 milyondan çox virus tərkibli fayl bloklanıb
Hazırda oxunan: Azərbaycanda bu il 224 milyondan çox virus tərkibli fayl bloklanıb
Hazırda oxunan: Azərbaycanda bu il 224 milyondan çox virus tərkibli fayl bloklanıb
102352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.