“Unutma!”x9d - gənclər üçün Qarabağ dərsləri”x9d adlı layihəni həyata keçirib

Hazırda oxunan: “Unutma!”x9d - gənclər üçün Qarabağ dərsləri”x9d adlı layihəni həyata keçirib

102331
“Üfüq”x9d Gənclərin İnkişafı Naminə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən xa0“Unutma!”x9d - gənclər üçün Qarabağ dərsləri”x9d adlı layihəni həyata keçirib.xa0

Layihənin məqsədi yeniyetmə və gənclərin Qarabağ tarixi və mədəniyyəti haqqında məlumatlılığının artırılması, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir. Bu haqda layihə rəhbəri, “Üfüq”x9d Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov qeyd edib.xa0
15 oktyabr 2015 ”“ ci ildə Bərdə, 16 oktyabr 2015 ”“ ci ildə Ağcəbədi və 20 oktyabr 2015 ”“ ci ildə Göyçay rayonlarında həyata keçirilən layihə çərçivəsində “Üfüq”x9d Gənclərin İnkişafı Naminə İB -nin sədri, layihə rəhbəri Nail Şükürov layihə haqda danışaraq Qarabağ tarixinin gənclərimiz tərəfindən öyrənilməsinin olduqca əhəmiyyətli olduğunu bildirib. xa0Tarix üzrə fəlsəfə doktoru Natiq Alışov iştirakçılara Qarabağ xa0tarixi qədim dövrdən ”“ günümüzə qədər, Qarabağın tarixi şəxsiyyətləri, Qarabağ abidələri, Qarabağ mədəniyyəti, Ermənistan ”“ Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: siyasi və hüquqi aspektlər və s. haqqında geniş məlumatlar verib. Layihə çərçivəsində keçirilən seminarlarda Qarabağ haqqında sosial şəbəkələrdə fəaliyyətlər xa0kimi aktual mövzulara da toxunulub.xa0
Eyni zamanda Qarabağ tariximiz haqqında video nümayişlər həyata keçirilib. Layihənin işində region Gənclər və İdman İdarələri də yaxından əməkdaşlıq ediblər. Hər bir regionda istedadlı gənclərdən ibarət xa0“Tariximizi sevək”x9d İstedadlar klubu yaradılıb. Bu klub gələcəkdə fəaliyyət göstərəcək və tariximizin öyrənilməsində gənclərin təşəbbüsləri artacaq.xa0
Layihə çərçivəsində iştirakçılara Qarabağ tarixinə dair bukletlər, yazılı köynək və digər paylama materialları paylanılıb. Layihənin işinə 3 regiondan xa0birbaşa və dolayı yolla 2500 gənc cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin