Moderator.az -a Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasının sədri Faiq Məhərrəmovun qanunsuz əməlləri barədə ilginc məlumat daxil olub.xa0
Məlumatda bildirilir ki, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Malik Həsənli imzatoplama kampaniyası başa çatdıqdan sonra Faiq Məhərrəmovun hədələri lə üzləşib. Belə ki, F.Məhərrəmov M.Həsənliyə namizədliyini geri götürməyəcəyi təqdirdə onun başının ağrıyacağını bildirib. Müsavatçı namizəd isə əvvəlcə DSK sədrinin hədələrinə əhəmiyyət verməyib.xa0
O da bildirilir ki, F.Məhərrəmov M.Həsənli ilə söhbətində özünün də vaxtilə müsavatçı olduğunu deyib və əlavə edib ki, o şəxsən M.Həsənlinin namizədliyini qeydə ala bilər, lakin onun namizədliyinin qeydə alınmamasını Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Mərkəzi Seçki Komissiyası istəmir. DSK sədri bildirib ki, yuxarıdan onlara verilən tapşırığa görə bu dairədən YAP-ın namizədi Ağalar Vəliyev deputat seçilməlidi.xa0
M.Həsənlini şirin dillə yola gətirə bilmədiyini görən F.Məhərrəmov sonradan yeni təzyiq metodundan istifadə edib. O, M.Həsənlinin imza yığıdğı 8 kəndin icra nümayəndəsinin adını Goranboy rayon icra başçısı Nizaməddin Quliyevə verərək onların işdən çıxarılmasını tələb edib. Həmin icra nümayəndələri rayon icra hakimiyyətinə dəvət olunub və onlardan soruşulub ki, “siz niyə imkan vermisiz ki, müsavatçı namizəd sizin kənddən imza toplayıb”x9d? İcra nümayəndələrinə işdən çıxarılacaqları ilə hədələnib.xa0
Bundan sonra F.Məhərrəmli M.Həsənliyə bildirib ki, “Nizaməddin Quliyev sənə görə imza yığdığın kəndlərin icra nümayəndələri işdən çıxardır. Hələ sənə imza verən şəxslərin də başı ağrıyacaq. Əgər bunları istəmirsənsə namizədlikdən geri çəkil”x9d.xa0
DSK sədri namizədlikdən geri çəkilməyinin qarşılığında M.Həsənliyə icra başçısı tərəfindən mükafat veriləcəyini də bildirib. Son nəticədə M.Həsənli ona görə 8 icra nümayəndəsinin işdən çıxarılmasını və ona imza verən seçicilərin təqib edilməsini istəmədiyindən namizədlikdən imtina etməyə məcbur olub. F.Məhərrəmov bunun qarşılığında M.Həsənliyə 2 min manat pul verib. Bundan başqa müsavatçı namizədə bələdiyyə tərəfindən torpaq sahəsi də verilib.xa0
Sonradan məlum olub ki, icra başçısı N.Quliyev işdən çıxarılacağı ilə hədələdiyi 8 icra nümayəndəsinin hər birindən 1000 manat rüşvət alaraq onları öz vəzifəsində saxlayıb.
Məlumatda o da qeyd edilib ki, DSK sədri Faiq Məhərrəmov Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmovun qardaşıdır. F.Məhərrəmov qardaşının köməkliyi ilə Goranboy rayonuna icra başçısı təyin olunmaq istəsə də, qardaşının qəflətən vəzifədən kənarlaşdırılması onun arzusunu gözündə qoyub.xa0
F.Məhərrəmov haqqında daha bir ilginc məlumat isə onun keçmişdə Müsavat Partiyasının Goranboy rayon Xan Qərvənd kənd özəyinin sədri olmasıdır. Onun sonradan YAP-a keçməsinə səbəb isə qardaşı Vidadi Məhərrəmova vəzifə verilməsi olub. Vidadi Məhərrəmov yüksək vəzifəyə gətirildikdən sonra qardaşı Faiq Məhərrəmov müsavatçılıqdan imtina edərək dərhal hakim partiyaya üzv olub. Bir müddət sonra o DSK sədri vəzifəsinə gətirilib.
Məlumatda o da bildirilir ki, F.Məhərrəmov keçmiş millət vəkili, hazırda Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri olan Gültəkin Hacıbəyli ilə yaxın qohumdur. F.Məhərrəmov həmçinin icra başçısı N.Quliyev tərəfindən həbs etdirilmiş və hazırda bəraət alaraq azadlığa buraxılmış iş adamı Müqayis Verdiyevin də qohumudur.



























































































