Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi inşa olunur - FOTO

Hazırda oxunan: Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi inşa olunur - FOTO

102268

Yeni yerüstü keçid piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə - Xocəsən-Lökbatan yolunda tikilir. Layihə üzrə keçidin ümumi uzunluğu 30 metr, daxili eni 3,8 metr, pilləkənlərin eni isə 3 metrdir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə montaj işləri görülür. İki giriş-çıxışdan ibarət olacaq keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa olunan yerüstü keçid piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin