Hacıbala Abutalıbov Bakıda yoxlamaları dayandırdı

Hazırda oxunan: Hacıbala Abutalıbov Bakıda yoxlamaları dayandırdı

102237
Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti (BŞTXD) alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsini, eləcə də qurumun səlahiyyətinə aid olan yoxlamaları dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Movqe.az-a qurumun mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov verib.xa0

Ə. Bağırov bildirib ki,ölkə başçısının müvafiq fərmanına əsasən alkoqollu içkələrə və tütün məhsullarının satışına lisenziyanın verilməsi "ASAN" xidmət tərəfindən icra ediləcək.xa0

Xatırladaq ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”x9d qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət”x9d mərkəzlərində verilməsi nəzərdə tutulub. Qanun layihəsi millət vəkilləri tərəfindən müzakirəsinə çıxarılmadan səsə qoyularaq qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin