Bakı Ali Neft Məktəbinin rektoru: "Dünyanın nefti tükənəcək, ingilisin pulu isə bitməyəcək" - FOTO

Hazırda oxunan: Bakı Ali Neft Məktəbinin rektoru: "Dünyanın nefti tükənəcək, ingilisin pulu isə bitməyəcək" - FOTO

10220

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun feysbuk səhifəsində paylaşımı sosial media izləyicilərinin marağına səbəb olub.

Bizim.Media xəbər verir ki, E. Qasımov Şotlandiyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumla bağlı bəzi məqamlara aydınlıq gətirib.  
 

MÖVZU İLƏ BAĞLI:

“Babalarımız İranı idarə ediblər, yoxsa xidmət?” - Rektordan sual


“Şotlandiyanın Edinburq şəhərində olarkən partnyorumuz olan Heriot Vatt Universitetinin rektoru cənab Çapmanla bir söhbətim oldu. 2012-ci ilin payızı idi. Şotlandiyanın müstəqilliyi ilə əlaqədar referenduma hazırlıq gedirdi.

Mən bildirdim ki, gözünüz aydın olsun cənab Çapman nəhayət ki, siz də müstəqilliyə qovuşacaqsınız.

O isə, gözlənilmədən cavab verdi ki, əsas məqsədimiz İngiltərənin bizim büdcəmizə ödəyəcəyi dotasiyanı artırmaqdır. Məlum oldu ki, Şotlandiya Böyük Britaniya Krallığının tərkibində qaldığına görə hər il dotasiya alır.

Mən çox təəcübləndim.

- Məgər siz öz müstəqilliyinizi pula satırsınız?

Çapman cavab verdi ki, cənab Rektor, biz onsuz da müstəqilik. Öz hökumətimiz, öz parlamentimiz, öz pulumuz, özümüzün dünya çempionatında oynayan milli futbol komandandamız, bayrağımız, gerbimiz, hər şeyimiz var. Dünyanın ən məşhur Universitetləri bizdədir. Yalnız ordumuz yoxdur. Ona da ehtiyacımız yoxdur. Bir də səfirliklərimiz. Çünki, bu qədər vəsaiti onlara xərcləməyə dəyməz.

Maraqla növbəti sualı verdim.

-Birdən ingilislər razılaşmasalar onda necə olacaq?

- Onlar razılaşacaqlar. Pula görə Böyük Britaniyanın kiçik İngitərəyə çevirilməsinə izn verməzlər. Həm də, onların bütün nüvə bazaları bizim ərazimizdədir. Bazaların yerini dəyişməyə yerləri yoxdur cavabını verdi.

- Axı sizin neftiniz var. İngilislərin puluna nə ehtiyacınız var ki?

- Yadınızda saxlayın cənab Qasımov, nə vaxtsa dünyanın nefti tükənəcək, ingilisin pulu isə, heç vaxt bitməyəcək.

Bu söhbətdən sonra maraqla prosesi izləməyə başladım.

Böyük Britaniya Baş naziri ilə Şotlandiyanın Baş naziri bir neçə görüş keçirdilər. Referendum baş tutdu. Nəticə 51 % Britaniyanın tərkibində qalmağın lehinə, 49% əlehinə səs verməklə bitdi.

Bəli, bazarlıq baş tutmuşdur. Faiz nisbətinin belə olması isə gələcəkdə yeni bazarlaşma üçün əsas idi”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin