Payız mövsümünün məxsusi meyvələrindən biri də nardır. Digər meyvələr kimi narın da insan orqanizminə əhəmiyyəti vardır. Payız fəslinin "tacı" olan narın müsbət keyfiyyətləri haqqında "Herba Flora" şirkətinin təsisçisi Fizuli Hüseynov Moderator.az -a danışıb.
"Nar haqqında Qurani Kərimdə 3 ayədə rast gəlinir.-(Ənam 99, Ənam 141, Rəhman 68) Müqəddəs kitabımızda narın həm bu dünyamızın həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqda məlumatlar verilir. Nar Quranda ən çox adı çəkilən meyvələrin içində 4-cüdür.-( xurma, zeytun, üzüm, nar)
Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi minerallar və A, B1, B2, B3, C vitaminləri vardır. Tərkibindəki kalium və natrium (biri hüceyrənin içində biri çölündə) bədənimizin su balansını qoruyar, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradar. Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmaz. Tərkibindəki zəngin kalium hesabına bədənə yığılmış artıq maye (ödemlər) xaric olunur. Nar ürək qan-damar sistemini qüvvətləndirir. İbn Sina demişdir: "Əgər böyrəklərinizdə iltihab və yaralar (piolenefrit, nefrit) varsa şirin nardan bol bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin". Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy gəlmələrdə nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadın qarqara edin. Əgər babasil düyünləri ağrı verirsə və tez tez qanayırsa nar şirəsini qaynadaraq yarsını buxarlandırın yarısı qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bunu babasil üzərinə kompress edin.Tez bir zamanda babasil keçəcəkdir inşAllah. Keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb qaynadın,süzün.Gündə 3 dəfə keçəl nahiyyələrə sürtün. Həzrəti Əli (Allah ondan razı olsun) buyurmuşdur:"narı içindəki pərdəsi ilə birlikdə yeyin çünki o mədəni təmizləyər (saflaşdırar)". Həqiqətən nar mədənin divarlarını içdən təmizləyər və əzələsini inkişaf etdirər. Nar ürək əzələsinin vurma gücünü artırır, ishalın qarşısını alır, qurdqovucudur. Nar şirəsini buruna tökən zaman burundakı poliplər kiçilməyə başlayır. Öskürək zamanı şirin nar bol yeyin, şirin nar öskürəyi kəsər,ağciyərləri təmizləyər. Turş nar isə ürəkbulanmanı götürər, sidikqovucu təsir edər, mədə və qida borusundan qaynaqlanan,ağızdan gələn iylərin qarşısını alar. Öd durğunluğu zamanı turş nar yemək faydalıdır. 1 ədəd orta ölçülü narın şirəsini çəkin.Bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadın alınan qarışımı göz sarılığı zaman sürmə kimi gözünüzə çəkin, sağalmaz ağız və damaq yaralarında üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zaman şişmiş yerin üzərinə çəkəndə iltihab sorulur. Nar yüksək xolesterini aşağı salır, damarların içini təmizləyir, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı və hafizəni gücləndirir, qanı durulaşdırır, tez tez ürək döyüntülərini normallaşdırır. Nar qabığını suda 5 dəqiqə qaynadın biraz bal əlavə edib bağırsaqdakı yaraları (koliti) müalicə edə bilərsiniz və bu qarışım cox güclü ishalkəsicidir. Şirin nar qabığını qurudun,kofemolkoda üyüdüb toz halına salın.Sulu yaralar zamanı yaranın üzərinə tökən zaman yaralar həm sulanmır həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə vura bilərsiniz. Saç saqqal ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığı tozu,1çay qaşığı mixək tozu,100 qram rafinə olmamış zeytun yağına qarışdırıb gündə 1 dəfə başınıza və saqqalınıza vurun.3 saatdan sonra yuyun. Nar suyu ilə sirkəni qarışdırıb qaynadın bununla sızanaqları müalicə edə bilərsiniz. 200 qram arpanın üzərinə 100 qram su,200 qram nar şirəsi töküb vam odun üzərində 10 dəqiqə qaynadın,sonra süzün.Mədə yaraları zamanı yeməkdən əvvəl 2 xörək qaşığı için.Bunu soyuducuda 3 gün saxlaya bilərsiniz.xa0
Çalışın narın şirəsini yox özünü yeyin. Çünki nar şirəsi çox büzüşdürücü xassəyə malik olduğundan qəbizlik verə bilər, özünü yeyən zaman isə tumları qəbizliyin qarşısını alır. Turş nar şəkər xəstələrinin istifadə edə biləcəyi ən yaxşı meyvədir".


































































































