Xəbər verildiyimiz kimi ev teleonlarının aylıq abunə haqqı artırılıb.
Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixindəki müvafiq qərarlar qəbul edilib və aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi qərara alınıb.
Hazırda ev telefonlarından istifadə miqyas olaraq çox aşağı düşüb və öz aktuallığını itirib. Ev telefonlarının imkanları bu günkü simsiz mobil telefonlarına görə çox azdır.
Tarifləri artırılan ev telefonlarına ehtiyac varmı?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizim.Media-ya açıqlamasında xatırladıb ki, ev telefonundan hazırda ADSL İnternet xidməti əldə etmək istəyənlər istifadə edirlər:
“ADSL telefon xəttinin üzərində olan internetdir. Onun üstündə həm internet, həm də ev telefonu var. Ona görə də həm Bakı ətrafında, həm də regionlarda böyük əksəriyyət ADSL internetdən istifadə edir. Belə çıxır ki, internet üçün xidmət də ev telefonlarının tarifi qədər artıb.
Düşünürəm ki, hökumət ev telefonlarının üzərində olan interneti fiber optik internetə çevirmlidir.
Ev telefonlarının statisonar xəttləri başqa bir məqsəd üçün gərəkli deyil. Mobil danışıqlar ondan daha ucuz və effektiv olduğuna görə insanlar bu vasitədən istifadə edir. Bu baxımdan ev telefonlarının tariflərinin artırılması heç məqsədəuyğun deyildi”.
Osman Gündüz təklif edib ki, hökumət fiber optik interneti çəkib, onun içərisindən həm interneti, həm televiziyanı, həm də telefonu verərək, gələcəkdə stabil xəttləri ləğv edə bilər:
“Gələcəkdə fiber optik infrastrukturunun üzərindən telefon xidməti vermək və ADSL interneti, o cümlədən indiki ev telefonunu da ləğv etdirmək daha doğru olar. Çox güman ki, “Aztelecom”la “Baktelecom” fiber optik interneti hər yerə verə bilmədiyinə görə bu infrastrukturu saxlamaq məcburiyyətindədir. Əgər bunu ləğv eləsə, insanlar internet ala bilməyəcəklər.
Saxlamaq da bu dəqiqə onlar üçün çətindir. Amma istənilən halda qiyməti qaldırmaq doğru deyil. Alternativlər olmalıdır. Fiber optik xəttin üzərində əlavə xidmətlər vermək imkanı var. Buna diqqət vermək lazımdır”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 31.10.2022
Aylığı bahalaşan ev telefonuna EHTİYAC var? – Ekspert detalları AÇIQLADI
Hazırda oxunan: Aylığı bahalaşan ev telefonuna EHTİYAC var? – Ekspert detalları AÇIQLADI
Hazırda oxunan: Aylığı bahalaşan ev telefonuna EHTİYAC var? – Ekspert detalları AÇIQLADI
102093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.