Bakılı aktrisa Ermənistan zəlzələsi haqda filmə çəkilir - FOTOLAR

Hazırda oxunan: Bakılı aktrisa Ermənistan zəlzələsi haqda filmə çəkilir - FOTOLAR

102089

Rusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova erməni diasporunun maliyyələşdirdiyi “Bir zəlzələnin tarixçəsi”x9d filmində rol alıb.xa0

Modern.azxa0Rusiya KİV-nə istinadla xəbər verir ki, 1988-ci il dekabrın 7-də Ermənistanın Spitak rayonunda baş verən dağıdıcı zəlzələdən bəhs edəcək filmdə Səbinə Əhmədova zəlzələdən sağ çıxan erməni qadın obrazı yaradacaq.

“Bir zəlzələnin tarixçəsi”x9d filminin baş rollarını rusiyalı aktyorlar Konstantin Lavronenko, Mariya Mironova, Artyom Bıstrov və erməni aktyor Viktor Stepanyanın ifa edəcək. Filmin premyerası 2016-cı il dekabrın 1-də Moskvada baş tutacaq. Layihənin rejissoru Sarik Andreasyan, prodüsserləri isə Ruben Dişdişyan və Arama Movsesyan olacaq.

Bundan öncə, “erməni soyqırımı”x9dnın 100 illiyinə həsr olunan “Yaşaya bilmədiyimiz həyat”x9d filmində rol alan Səbinə Gülbəlay qızı Əhmədova 1981-ci il sentyabrın 23-də Bakıda anadan olub. O, Rusiyada böyük auditoriya toplayan “Klub”x9d serialında, “Böyük şəhərdə sevgi”x9d, “Olimpius İnferno”x9d, “8 ilk görüş”x9d filmlərində çəkilib.

Səbinə Əhmədova son illərdə Hollivud filmlərində də rol almağa başlayıb. O, ABŞ-da çəkilən “Mavi arzu”x9d, “Kişilər yalan danışmır”x9d filmlərində və “Sibir”x9d televiziya serialında rol alıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin