Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mükafatlandırıb.
Moderator.az xa0xəbər verir ki, Putinin bu günlərdə “Xarici vətəndaşların Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsinə dair”x9d imzaladığı sərəncamda Leyla Əliyevanın da adı çəkilir. O, “Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin və mədəniyyətinin qorunması və təbliğatındakı töhfələrinə görə”x9d Puşkin medalına layiq görülüb.xa0
Qeyd edək ki, Leyla Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə, xüsusilə xa0Rusiyanın Həştərxan vilayətində böyük layihələr həyata keçirib. Orta məktəbin əsaslı təmiri, knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının istifadəyə verilməsi də bu layihələrin bir hissəsidir. xa0



































































































