Bərdədə bu məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Hazırda oxunan: Bərdədə bu məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

101955

Bərdədə 309-a yaxın şagird, 48 müəllim məktəbdəki şəraitsizlikdən əziyyət çəkir. Rayonun Gərənə kəndindəki 30-dən çox yaşı olan məktəbinin binasındakı iri çatlar, sinif otaqlarında tədrisi həyata keçirməyə imkan vermir.  Sinif otaqları qəzalı vəziyyətdə olduğundan valideynlər övladlarını məktəbə göndərmək istəmir. Bəs problem nə vaxt həllini tapacaq?

Bizim.Media xəbər verir ki, müasir bina, fənn kabinetləri, laboratoriyalar... Bu, Bərdənin Gərənə kənd məktəbində oxuyan və dərs deyənlərin arzusudur desək, heç də yanılmarıq.

Yenilənən məktəbləri görüb köks ötürənlər qəzalı binada və şəraitsiz otaqlarda təhsil alan Gərənə kənd məktəbliləridir.
Pəncərə yerinə dəmir listlər vurulub. Döşəmələr çöküb, divarlar çatlaq vəziyyətdə.

Mindən çox əhalisi olan Gərənə kəndindəki tam orta məktəbinin 309-a yaxın şagirdi var. 48 müəllim də tikilinin şəraitsiz otaqlarında dərs deməyin çətinliyini yaşayır.

Artıq bir neçə aydır ölkə ərazisində yeni dərs ili başlayıb. Ancaq bu sözləri Gərənə kəndinə şamil etmək olmaz. Səbəb isə göz önündədir. Sinif otaqları qəzalı vəziyyətdə odluğundan valideynlər övladlarını məktəbə göndərmək istəmir.

30-dən çox yaşı olan kənd məktəbinin binasındakı iri çatlar, sinif otaqlarında tədrisi həyata keçirməyə imkan vermir.

Məktəbin tavanı çöküb, döşəməsi yamaq-yamaqdır. Sakinlərin sözlərinə görə, mövcud vəziyyətlə əlaqədər olaraq valideynlər ətraf ərazilərdə yeni məktəb axtarışındadırlar. Bəziləri rayon mərkəzində övladlarının təhsilinə üstünlük verirlər.
Bu isə vaxt itkisi və əlavə xərc hesabına başa gəlir.

Məsələ ilə bağlı Qarabağ regional təhsil idarəsinin Bərdə sektorundan bildirilib ki, Gərənə kənd orta məktəbinin qəzalı vəziyyətdə olmasından xəbərləri var. Bununla bağlı aidiyyatı dövlət orqanlarına məlumat verilib. Növbət il üçün təhsil ocağının bərpası nəzərdə tutulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin