Növbəti tədris ilindən işğaldan azad edilmiş ərazilərdə tikilən məktəblərdə tədris başlanıla bilər.
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “45 dəqiqə” adlı təhsil proqramında deyib.
Şuşada yeni məktəbin tikintisinin başa çatmaq üzrə olduğunu bildirən nazir, bu tədris mövsümünün sonunadək işlərin tamamlanacağını söyləyib.
“Ağdamda 1 nömrəli orta məktəbin də tikintisi yekunlaşır. Hər iki məktəb növbəti tədris ilindən istifadəyə veriləcək. Azad edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin ailələri məktəblər fəaliyyətə başladıqdan sonra həmin yerlərdə yaşaya bilər. Əhali oraya köçürüldükcə, bu məktəblər də istifadəyə veriləcək”,- deyə Emin Əmrullayev əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:58 / 30.10.2022
Nazirdən Şuşadakı məktəbin tikintisi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nazirdən Şuşadakı məktəbin tikintisi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nazirdən Şuşadakı məktəbin tikintisi ilə bağlı AÇIQLAMA
101924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.