"Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib".
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən daxil olan məlumatda bildirilir.
Qeyd edilir ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:
"Hazırda 2 nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”.
Qeyd edək ki, qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:56 / 30.10.2022
TƏBİB: Biləsuvar qəzasında yaralananların 10-u evə buraxıldı - FOTO
Hazırda oxunan: TƏBİB: Biləsuvar qəzasında yaralananların 10-u evə buraxıldı - FOTO
Hazırda oxunan: TƏBİB: Biləsuvar qəzasında yaralananların 10-u evə buraxıldı - FOTO
101902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.