Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun əmri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.
Moderator.az xəbər verir ki, bu barədə Trend-ə çərşənbə axşamı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Qeyd edək ki, B.Hüseynov sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.xa0
Xatırladaq ki, E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad edilib.

































































































