”Uşaq hüquqları aylığı” çərçivəsində Şəki şəhər 12 nömrəli tam orta məktəbdə silsilə tədbirlər davam edir. Başa çatan həftə ərzində məktəbdə sinif təşkilat saatları Uşaq Hüquqlarına həsr edilib.
Məktəbin direktoru Nəzakət Qəhrəmanzadənin Bizim.Media-ya verdiyi məlumata görə, məlumat saatlarında ölkəmizdə uşaqların hüquq və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının gördüyü işlərdən danışılıb, əyani vasitələr, videoçarx, slaydlar nümayiş etdirilib.
Təşkilat saatlarında şagirdlərin təqdimatları dinlənilib, mövzuya dair çəkdikləri rəsmlər nümayiş etdirilib.
Məktəbdə həmçinin “HÜQUQLARIMIZI QORUYAQ" layihəsi çərçivəsində maarifləndirici aksiya da keçirilib. Tədbirdə şagirdlərə hüquq və vəzifələri haqqında məlumat verilib.
Uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiə və təbliği haqqında danışılıb. Ill və lV sinif şagirdləri mövzuya uyğun səhnəciklər nümayiş etdirib , şeir və mahnılar səsləndiriblər. Sonda insan hüquqlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 30.10.2022
Şəki məktəbində maarifləndirici aksiya keçirildi - FOTO
Hazırda oxunan: Şəki məktəbində maarifləndirici aksiya keçirildi - FOTO
Hazırda oxunan: Şəki məktəbində maarifləndirici aksiya keçirildi - FOTO
101889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.