Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin(FHN) yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzinin zirzəmisində tibbi avadanlıqlar yanıb, cox sayda xəstələr binadan təxliyə olunub, xəsarət alan olmayıb.
İlkin məlumata gorə, FHN-in 14 yanğın briqadası hadisə yerində işləyib.
FHN-in əməkdaşları arasında da xəsarət alan yoxdur.
Bizim.Media